Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA tələbələri təlimlərə cəlb edilib
Dərc edən: Admin Tarix: 2018-09-26

Azərbaycan Texnologiya Universitetində (UTECA) tələbələr İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Biznes ideyası yarat və öz biznesinə başla” mövzusunda təlimlərə qatılıblar. Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində keçirilən təlimlər dünya təcrübəsində qəbul olunan metodologiya və interaktiv metodlar əsasında reallaşıb.

Mərkəzin Gəncə nümayəndəliyinin təmsilçiləri iştirakçılara biznes ideyasının yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planları və s. barədə ətraflı məlumat veriblər.

Təlimlərin təşkilində məqsəd gənclərə biznes ideyasının yaradılması və biznesin təşkili istiqamətlərində zəruri nəzəri biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanmasıdır.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov