Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

UTECA stendi ziyarətçilərin marağına səbəb olub
Dərc edən: Admin Tarix: 2018-10-03

Azərbaycan gənclərinin VIII forumunun ilk zona toplantısı çərçivəsində keçirilən sərgidə UTECA stendi

Heydər Əliyev Mərkəzində keçirilən rəsmi hissədən sonra tədbir Gəncə Dövlət Filarmoniyasında davam edib. Filarmoniyanın foyesində təşkil olunmuş sərgidə şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə-gəncləri, eləcə də regionda təmsil olunan QHT və ictimai birliklər, gənclər təşkilatları öz nailiyyətlərini nümayiş etdiriblər.

Gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, digər dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri UTECA Tələbə gənclər təşkilatının nümayiş etdirdiyi stendlə yaxından tanış olublar.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov