Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/10/15 : 9-11 oktyabr 201

Xəbərlər

Millət vəkilləri UTECA-da oldular
Dərc edən: Admin Tarix: 2018-10-03

 

UTECA-da YAP Azərbaycan Texnologiya Universiteti ərazi ilk partiya təşkilatının toplantısı keçirilib. Tədbir çərçivəsində millət vəkilləri və digər qonaqlar UTECA-da tələbələr üçün yaradılan şəraitlə, Logistika Mərkəzi, Dequstasiya zalı və müasir laboratoriyalarla, UTECA Texnoparkının  məhsulları ilə tanış olublar, əcnəbilərin dərs prossesində iştirak ediblər.

YAP Azərbaycan Texnologiya Universiteti ərazi ilk partiya təşkilatının iclasında UTECA-nın rektoru prof. Akif Süleymanov, YAP Gəncə Şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə Şəhər Təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Başçısının müavini Sevda Qurbanəliyeva və YAP üzvləri iştirak ediblər. 

İclası giriş sözü ilə açan rektor bildirib ki, bu il UTECA-ya qəbul olan tələbələrin 90%-i YAP sıralarına daxil olmaq üçün müraciət edib. Millət vəkilləri UTECA-da gənclər siyasətinin uğurla davam etdirildiyini yüksək qiymətləndiriblər.

Gündəliyə təşkilatın Qadınlar Şurasının və Gənclər Birliyinin tərkibinin yaradılması və sədrinin seçilməsi, eləcə də YAP Gəncə Şəhər Təşkilatı Gənclər Birliyinin V Konfransına UTECA ərazi ilk partiya təşkilatından nümayəndələrin seçilməsi kimi məsələlər daxil olub.

Şəffaf və obyektiv səsvermədən sonra Mətanət Əhmədova UTECA ərazi ilk partiya təşkilatının Qadınlar Şurasının, Rafiq Hüseynov isə Gənclər Birliyinin sədri seçilib.

Sonda partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edilib.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov