Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

Azərbaycan Texnologiya Universiteti Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzi tərəfindən sertifikatlı kurs
Dərc edən: Admin Tarix: 2018-10-15
  • Kursun məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək pedaqoji heyəti təkmilləşdirmək və hazırlamaqdır.
  • Kurs ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) pedaqoji kadrları əhatə edəcək. Təlimlər yalnız Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.
  •  
  •  
  •  
  •  
  • Təlimlərdə keçiləcək dərslər
  • Təhsildə hüquq
  • Təhsildə statistika və təhlil
  • Təhsildə maliyyə
  • Təhsildə idarəetmə 
  • Təhsili idarəetmənin psixoloji əsasları
  • Təhsildə İKT
  • Müraciət qaydası:
  • Kursa müraciət etmək istəyən şəxslər ərizə formasını dolduraraq, telim@uteca.edu.az elektron poçt ünvanına göndərməlidirlər. Ərizə formasını aşağıdakı keçiddən endirə bilərsiniz:
  • https://yadi.sk/i/jmGG_vNyO8TW9A
  • Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.
  • Telefon: 077 599 26 28
  • Müraciət üçün son tarix: 1 noyabr 2018-сi il.
  • Yekun qiymətləndirmə:
  • Kursda iştirak edərək kursun sonundakı imtahanda uğur qazanan müdavimlər Azərbaycan Texnologiya Universiteti Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzi  tərəfindən sertifikatla təltif olunacaqlar.
  • Müddət:
  • Kursun müddəti 3 aydır. Kurs Bakı və Gəncə şəhərində keçiriləcəkdir. Gəncə şəhərində həftədə iki dəfə şənbə və bazar günləri, hər gün 6 saat olmaqla  keçiriləcək.  Bakı şəhərində isə həftədə üç gün keçiriləcək.  Kurslar həftə içi 2 gün-saat 18.00-dan sonra 3 saat, şənbə günü isə 6 saat təşkil olunacaq.
  • Ünvan:
  • 1. Gəncə ş., Azərbaycan Texnologiya Universiteti, AZ2011, Şah İsmayıl Xətai prospekti 103
  • 2. Bakı ş., Aşıq Molla Cümə küçəsi 138, N.Nərimanov

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov