Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

EQAC qrant layihəsinin növbəti iclası keçirilib
Dərc edən: Admin Tarix: 2018-10-16

9-11 oktyabr 2018 tarixlərində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən "Azərbaycan Universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin Yaradılması" (EQAC) qrant layihəsinin növbəti iclası keçirilib. İclasda Təhsil Nazirliyi, Azərbaycan Texnologiya Universitetinin də daxil olduğu 11 universitetin nümayəndələri və avropalı tərəfdaş universitetlərin layihə mütəxəsisləri iştirak edib. Azərbaycan Texnologiya Universiteti görüşlərdə dos. Vüqar İsmayılov, Tacəddin Bayramov, Asiman İlyasov və Jalə Həmzəyeva ilə təmsil olunub. Görüş zamanı universitetlərin özünü qiymətləndirmə hesabatları üzərində durulub və tərəfdaş universitetlərin nümayəndələri ilə avropalı ekspertlər arasında müzakirələr aparılıb. Daha sonra iştirakçılar Azərbaycan ali təhsil müəssisələrini Avropa Standardları və Təlimatları (ESG) əsasında yenidən qiymətləndiriblər və qeydlər aparılıb. Görüşlər gələcəkdə Azərbaycan universitetləri ilə birlikdə fəaliyyət imkanları haqqında geniş məlumat sesiyası ilə sona çatıb.

    a
 
Yuxarı
  • Developed by: Ayaz Askerov