Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

Rektor I kurs tələbələri ilə görüşüb
Dərc edən: Admin Tarix: 2018-10-17

Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanov birinci kurs tələbələri ilə görüşüb. Məqsəd tələbələri narahat edən məsələlərlə tanış olmaq, onların fikirlərini öyrənmək və təkliflərini dinləmək olub. Görüşdə prorektorlar, dekanlar, kafedra müdirləri və müəllimlər də iştirak ediblər.

Rektor yüksək ixtisaslı kadrların hazırlanması məqsədi ilə son illər UTECA-da görülən işlərdən danışıb. Qeyd edib ki, yeni tədris mərkəzləri, laboratoriyalar, müəssisə universitet əlaqələri UTECA tələbələri üçün geniş imkanlar açır. Tələbələr onlar üçün yaradılan şəraitdən faydalanaraq günün tələbinə cavab verən kadrlar kimi yetişəcəklər. Rektor bildirib ki, tələbələr öz vəzifələrini layiqincə yerinə yetirməli, dərsə davamiyyətli, nizam-intizamlı, fəal olmalı, verilən tapşırıqları vaxtında yerinə yetirməlidirlər.

Rektor tələbələri maraqlandıran sualları cavablandıraraq həmin problemlərin həlli üçün tapşırıqlar verib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov