Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

UTECA-da Müstəqillik Günü qeyd edilib
Dərc edən: Admin Tarix: 2018-10-18

Azərbaycan Texnologiya Universitetində (UTECA) 18 oktyabr - Dövlət Müstəqilliyi Günü qeyd edilib. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki, oktyabrın 18-i Azərbaycanın yeni tarixində ən əlamətdar günlərdən biridir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib, dönməz və əbədi xarakter alıb, respublikamız sürətli inkişaf yoluna qədəm qoyub.
Professor Akif Süleymanov bildirib ki, 18 oktyabra aparan yol nə qədər mürəkkəb idisə, bu müstəqilliyin qorunub möhkəmləndirilməsi də bir o qədər məsul və şərəfli idi. Ölkəmiz üçün taleyüklü bu vəzifənin öhdəsindən isə məhz xalqımızın ümummilli lideri Heydər Əliyev gələ bildi. Ulu öndər respublikanı 1990-cı illərin əvvəllərində yaranmış ağır ictimai-siyasi vəziyyətdən çıxararaq müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi yolunda misilsiz xidmətlər göstərdi.
Tədbirdə daha sonra çıxış edənlər də 26 il əvvəl Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyytəindən danışıblar. Çıxışlarda həmçinin müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, ulu öndər Heydər Əliyevin və onun siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov