Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

UTECA-da futzal üzrə daxili birincilik start götürüb
Dərc edən: Admin Tarix: 2018-10-24

Azərbaycan Texnologiya Universitetinin (UTECA) idman zalında futzal üzrə daxili birincilik start götürüb. II UTECA kuboku uğrunda təşkil olunan çempionatda tələbələbələrdən ibarət 13 komanda iştirak edir. Oyunlardan öncə turnirin açılış mərasimi baş tutub. Rəsmi hissədə universitetin rektoru, professor Akif Süleymanov öz çıxışında ölkədə idmanın inkişafından söhbət açıb. Bu inkişaf UTECA-nın tələbələrindədə özünü hiss etdirir. Rektor bunun bariz nümünəsi kimi cari il ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən şəhər birinciliyində UTECA kollektivinin çempion olmasını fəxrlə vurğulayıb.

Tədris işləri üzrə prorektor Vüqar İsmayılov isə bu yarışın vacibliyindən söhbət açıb və bütün iştirakçılara uğurlar arzulayıb, güclünün qalib gəlməsini diləyib.

Daha sonra oyunlar start götürüb. Matçda topa ilk toxunuşu simvolik olaraq UTECA-nın rektoru  professor Akif Süleymanov edib. Yarış ümumilikdə 1 ay davam edəcək. Turnirin sonunda ilk üç pilləni tutan komandalara diplom və hədiyyələr təqdim olunacaq. Çempion komanda isə kubokla mükafatlandırılacaq. Bundan başqa ayrı ayrı nominasiyalarda mükafatlandırılacaq.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov