Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/11/17 :  

Xəbərlər

UTECA TƏLƏBƏLƏRİ MÜASİR TEKSTİL FABRİKİNDƏ
Dərc edən: Admin Tarix: 2018-10-29

UTECA-nın Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin tələbə və müəllim heyəti Mingəçevir Sənaye Parkında - “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı fabrikində ekskursiyada olublar. Çoxişlənən malların texnologiyası mühəndisliyi ixtisası üzrə təhsil alan UTECA tələbələrinə fabrikin istehsalat rəisləri İbrahim Kaylı və Hüseyn Həşimov bütün istehsalat prosesləri barədə geniş məlumatlar verib. Gələcəyin mühəndisləri fabrikdə müasir texnologiyalarla, Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə əyani şəkildə tanış olublar. İstehsalat prossesi və s. haqda onları maraqlandıran suallara aydınlıq gətiriblər.

Fabrikdə pambıq mahlıcından ildə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. Burada 700-dən çox insan işlə təmin edilib ki, onların 60% - dən çoxunu qadınlar təşkil edir.

UTECA ölkənin belə aparıcı müəssisələri ilə daim əməkdaşlıq edir. Bu kimi səfərlərin təşkilində məqsəd Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələrin ixtisaslarına uyğun olaraq gələcək karyeralarını qurmalarına, bilik  və bacarıqlarının artırılmasına dəstək verməkdir.

 

      

 
Yuxarı
  • Developed by: Ayaz Askerov