Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

Elmi Şuranın 2 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2018-11-21

Azərbaycan Texnologiya Universitetində (UTECA) Elmi Şurasının 2 saylı iclası keçirilib. İclası giriş sözləri ilə açan universitetin rektoru professor Akif Süleymanov qeyd edib ki, bu gün Elmi Şura yeni tərkibdə fəaliyyətə başlayır. Rektor bu münasibətlə Elmi Şura üzrvlərini, daha sonra Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri, professor Əhəd Nəbiyevi 70 illiyi münasibəti ilə təbrik edib. Daha sonra gündəlikdə olan məsələlərə baxılıb.

Təhsil Nazirliyinin UTECA-nın Elmi Şurasının tərkibinin (32 nəfər) təsdiqi ilə bağlı əmri elan edildikdən sonra səsvermə yolu ilə Mətanət Əhmədova elmi katib seçilib.

Təsərrüfat işləri üzrə prorektor Adil Tağıyev universitetdə aparılan təsərrüfat işlərinin hesabatı və qış mövsümünə hazırlıq haqda danışıb. Bildirib ki, universitetdə baş binada təmir işləri yekunlaşıb. Bütün mərtəbələr sanitar qovşağı ilə təmi edilib. Bəzi korpuslarda isə əməyin mühafizəsi əsasında təmir-bərpa işləri davam edir. Qış mövsümünə keçidlə bağlı qaz təsərrüfatı vaxtında təmin edilib və qazanxana tələbələr dərsə gəlməzdən 4 saat əvvəl işə salınır.  Təhsil Nazirliyinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyası çərçivəsində son üç gündə UTECA tərəfindən 450 ağac əkilib ki, onlardan 25-i müxtəlif meyvə ağaclarıdır.

Daha sonra elm və texnika üzrə prorektor Səbuhi Yusifov universitetin startap fəaliyyəti haqda çıxış edib. O, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində görülən işlərə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlığa toxunub, UTECA əməkdaşlarının universitetdə və kənarda təşkil etdikləri elmi seminarların, digər tanınmış mütəxəssislərin universitetimizdə keçirdiyi təlimlərin əhəmiyyətindən danışıb. Prorektor qeyd edib ki, 200-dən artıq layihənin müraciət etdiyi İkinci Respublika İnnovasiya müsabiqəsində növbəti mərhələyə 24 startap vəsiqə qazanıb ki,  onlardan ilk keçəni UTECA tələbəsi Könül Qədimova olub.

İclas zamanı Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi rəhbəri, sədri və yeni tərkibi səsvermə yolu ilə təyin edilib. Professor Elşad Məmmədov TEC-in elmi rəhbəri, Şakir Əliyev sədri seçilib.

Dekanların hesabatı bölümündə zamanı Qida mühəndisliyi fakültəsinin dekanı Mərdan Tağıyev çıxış edib. Kafedralarda görülən işlərdən və qarşıda duran məsələlərdən danışıb. Hazırda UTECA-nın ölkənin aparıcı müəssisələri ilə əməkdaşlıq edildiyini, tələbələrin NEON, Azgranata kimi qida sənayesi müəssisələrində təcrübə proqramı keçdiklərini bildirib.

İclas zamanı səsvermə yolu ilə Elm və təhsil (5 nəfər), Sosial iqtisadi (7 nəfər), Attestasiya (5 nəfər), Etika (7 nəfər), Tədrisin keyfiyyətinə nəzarət (12 nəfər) Komissiyalarının tərkibi müəyyən edilib, Tədris metodiki şuranın 13 nəfərdən ibarət üzvü seçilib.  

Daha sonra tədris şöbəsinin müdiri Piri Axundov bəzi kafedraların birləşdirilməsi, Ali riyaziyyat və fizika kafedrasının bazasında isə Tətbiqi fizika və Tətbiqi riyaziyyat kafedralarının yaradılmasının təklifi barədə çıxış edib. Səsvermə yolu ilə Yüngül sənaye mühəndisliyi və Dizayn kafedralarının vahid Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası adı altında birləşdirilməsinə,  Tofiq Mirzəyevin bu kafedraya rəhbərlik etməsinə qarar verilib. Elmi Şuranın daha bir qərarı ilə Keyfiyyət mühəndisliyi və Ekologiya mühəndisliyi kafedraları isə bundan sonra Keyfiyyət və ekologiya mühəndisliyi kafedrası kimi fəaliyyət göstərəcək. Kafedraların birləşdirilıməsi üzrə komisiya tərəfindən təşkil edilən gizlin səsvermə yolu ilə professor Elşad Məmmədov Keyfiyyət və ekologiya mühəndisliyi kafedrasının rəhbəri seçilib.

İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru Zaur Əliyev iş qrafikində dəyişiklik barədə təkliflə çıxış edib. Təklif səsə qoyularaq, qış fəsli ilə əlaqədar 10 dekabrdan iş saatlarının 8:30-dan 17:00-dək olmasına qərar verilib.  

Sonda keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov UTECA-nın da qoşulduğu EQAC layihəsi haqda məlumat verib. Bildirib ki, bu layihəyə Azərbaycan Respublikası Təhsil Nazirliyi, 11 yerli və 4 xarici universitet cəlb edilib. Layihə çərçivəsində UTECA nümayəndələri Litvada, proqramın artıq tətbiq edildiyi universitetlərdə, təlimlərdə olublar. Növbəti təlimlər Fransada davam edəcək. Avropa Komissiyasının maliyyələşdirdiyi proqram universitetlərdə Keyfiyyətin təminatı mərkəzlərinin, son nəticədə Keyfiyyətin Təminatı Agentliyinin yaradılmasını nəzərdə tutur. Layihə universitetimizin müasir, elm və təhsildə öz sözünü demiş ölkələrin təhsil sisteminə daha da uyğunlaşdırılmasını təmin edəcək.

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov