Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

Rektor əlavə təhsilə başlayanlarla görüşüb
Dərc edən: Admin Tarix: 2018-11-27

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov UTECA-da ikinci təhsilə başlayanlarla görüşüb. Rektor dəyirmi masa ətrafına toplaşanları növbəti dəfə tələbə adı qazananmaları münasibətilə təbrik edib. Bildirib ki, Təhsil Nazirliyi müraciət edən 30 nəfərdən 26-nın UTECA-da ikinci təhsilə başlamasını uyğun bilib. Qiyabi təhsil alacaq bu tələbələrdən 9 nəfər Mühasibat uçotu və audit, 9 nəfər Dövlət və bələdiyyə idarəetməsi, 4 nəfər Proseslərin avtomatlaşdırılması mühəndisliyi, 2 nəfər İnform texnologiyaları və sistemləri mühəndisliyi, 1 nəfər Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi,  1 nəfər isə Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alacaq.

Söhbət zamanı  tələbələr UTECA-da yaradılan şərait, son zamanlar görülən işlər və əldə edilən uğurlar barədə məlumatlandırılıblar. 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov