Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA TƏLƏBƏSİ AQROPARKDA SEMİNAR KEÇİB
Dərc edən: Admin Tarix: 2018-11-28

Azərbaycan Texnologiya Universitetinin (UTECA) Yüngül Sənaye mühəndisliyi və logistika fakultəsinin 4-cü kurs tələbəsi Səxavət Həsənlinin “Müasir logistika mərkəzlərinin inkişaf perspektivləri” mövzusunda  seminarı Şəmkir Aqroparkın tərkibində  olan  Logistik Mərkəzdə keçirilib. Tədbirdə mərkəzinin  direktoru, mühəndisləri və aparıcı işçiləri, eləcə də UTECA-nın tələbə və müəllim heyəti iştirak ediblər.

Seminarda Logistik mərkəzlərin hədəf indiqatorları, strateji baxış və perspektivlər, strateji yol xəritəsinin tətbiqi və əhəmiyyəti açıqlanıb. Həmçinin Bakı-Tbilisi dəmir yol xətti, Avropaya açılacaq  dəhlizdən, Bakı limanının sonrakı dövr üçün fəaliyyətindən bəhs edilib. Bu mərkəzlərin  iqtisadi səmərəsi və faydası qeyd edilib. Məruzəçi seminar iştirakçıları tərəfindən verilən sualları ətraflı və aydın şəkildə cavablandırıb.

Seminar çərçivəsində UTECA-nın müəllim və tələbə heyəti Şəmkir Aqroparkını  soyuducu anbarlar bölümünə və qablaşdırma sexinə ekskursiya ediblər.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov