Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

Gənc alim UTECA tələbələri ilə görüşüb
Dərc edən: Admin Tarix: 2018-11-28

UTECA YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Gənc Alim və Mütəxəssislər şurasının sədri, gənc alim Elnur Həsənov Azərbaycan Texnologiya Universitetində tələbə, magistr və doktorantlarla görüşüb. İxtisasca etnoqraf-antropoloq olan 31 yaşlı gənc alim çıxışında Gəncənin tarixən elmə verdiyi töhfədən, dünyada, eləcə də ölkəmizdə elmin hazırki inkişafından danışıb. Bu gün Azərbaycan gəncləri üçün yaradılan şəraitdən bəhs edib. Tələbələrin müxtəlif suallarının cavablandıran gənc alim sonda gənclərə məsləhət və tövsiyyələrini verib.

Qeyd edək ki, Elnur Həsənov Elm üzrə Prezident mükafatçısı, İsveç Kral Akademiyasının, Yaponiya Elm Cəmiyyətinin və Frankfurt – Höte Universitetinin (Almaniya) fəxri üzvüdür. O həm də Dünya Gənc Alimlər Forumunun vitse-prezidenti vəzifəsini icra edir. İsveç Kral Akademiyasının Rəyasət Heyətinin qərarı ilə gənc alimin namizədliyi Nobel mükafatı Komitəsinə irəli sürülüb.

Elnur Həsənovun ölkəmizdə, eləcə də ABŞ, Yaponiya, Kanada, İtaliya, Fransa, Almaniya, İsveç, Böyük Britaniya, Avstriya, Hindistan, Pakistan, Rusiya, və digər ölkələrin yüksək inpakt faktorlu elmi nəşrlərində ingilis, alman, fransız, italyan və rus dillərində 200 dən çox elmi əsər və monorafiyası (kitab) çap edilib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov