Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA TƏLƏBƏLƏRİ “NEW GENERATION” LAYİHƏSİ İLƏ TANIŞ OLDULAR
Dərc edən: Admin Tarix: 2018-11-29

Azərbaycan Texnologiya Universitetində “Yeni Nəsil” (New Generation) layihəsinin təqdimatı olub. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin(DVC) “Youth Inc.” Sahibkarlıq Proqramının təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı, “Coca-Cola Foundation”-un dəstəyi ilə reallaşan layihə Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala kimi ölkəmizin 4 iqtisadi-regionundan olangəncləri əhatə edəcək.

“Yeni Nəsil” layihəsi çərçivəsində gənclərə biznes və maliyyə savadlılıqılarının artırılması yönündə təlimlər keçiriləcək, mentor və bizines investorların görüşləri təşkil ediləcəkdir. Beləliklə gənclər layihənin mərhələləri müddətində sərmayəçilərdən dəstək alacaqlar. 4 mərhələdən ibarət proqram zamanı gənclər öz ideyalarını biznesə çevirmək, investisiya əldə etmək imkanı qazanacaqlar.

 

Layihəyə qoşulmaq üçün: www.ng.youthinc.az/apply  

 

Gəncədə təlimlər:

01.12.2018 – Gənclər Evi

1-ci təlim: 12:00

2-ci təlim: 14:00

 
Yuxarı
  • Developed by: Ayaz Askerov