Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2018/12/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

TƏLƏBƏLƏR QİÇS-DƏN QORUNMAĞIN YOLLARINI ÖYRƏNDİLƏR
Dərc edən: Admin Tarix: 2018-12-04

Azərbaycan Texnologiya Universitetində 1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir keçirilib. Dəyirmi masa ətrafına toplaşan UTECA tələbələrini QİÇS-dən qorunma yolları ilə bağlı Şans Tibb Mərkəzinin həkimi Elşən Qasımov məlumatlandırıb. Mütəxəssis əvvəl müasir  standartlara cavab verən ikiqat dezinfeksiya qaydaları haqda tələbələrdə müfəssəl fikir yaradıb. Bildirib ki, qan və seliyin təmas olunduğu xidmət sahələrində istifadfə olunan alətlər avtoklav qurğusunda, daha sonra isə 1 litrə 10 qram nisbətində Bio-Sanitizer məhlulunda yarım saat müddətində saxlanmalıdır. Həkim qeyd edib ki, gənclər bu sahədə fəal olmalıdırlar. Stomatoloqa müraciət edərkən ilk əvvəl dezinfeksiya işlərinin hansı qaydada aparılması ilə tanış olmalıdırlar. Bərbərə, gözəllik salonlarına yaxud da kosmetoloqa yanına gedərkən QİÇS viruslarının aciz qaldığı, qeyd olunan dezinfeksiya məhlullarının istifadəsini və qaydalarının tətbiqini tələb etməlidirlər.

Söhbət zamanı narkomaniya və digər pis vərdişlər haqqında da fikir mübadiləsi aparılıb. UTECA-nın təlim tərbiyə işləri üzrə prorektoru Mətanət Əhmədova bildirib ki, tələbələr narkomaniyaya qarşı mübarizədə həmrəy olmalı, pis vərdişlərə başlayanlar haqda onların valideynlərinə, yaxınlarına, müəllimlərinə xəbər verməlidirlər. Prorektor qeyd edib ki, belə gəncin anonimliyi qorunacaq və o öz yoldaşına, yaxud da hansısa fərdə  yaxşılıq etmiş olacaq. Çünki, pis vərdişlərlə mübarizəyə nə qədər tez başlansa nəticəsi bir o qədər səmərəli olar.

Dəyirmi masa diskusiya şəklində davam edib. Tələbələr QİÇS-lə, narkomaniya ilə mübarizə yolları haqda maraqlı fikir və təkliflərini irəli sürüblər. Sonda QİÇS-lə mübarizəyə həsr edilmiş sosial videoçarx izlənib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov