Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

II UTECA KUBOKUNU NİRVANA KOMANDASI ALDI
Dərc edən: Admin Tarix: 2018-12-10

Azərbaycan Texnologiya Universitetinin idman zalında futzal üzrə keçirilən II UTECA kuboku uğrunda yarış başa çatıb. UTECA tələbələri arasında baş tutan daxili birincilikdə 12 komanda iştirak edib. Umumilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən yarış 1 aydan çox davam edib. Turnirin final qarşılaşmasında Kəpəz və Nirvana komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Nirvana kollektivi qalib gələrək baş mükafata sahib çıxıb. 3-cü pillənin sahibi isə Alov komandası olub.

Çempionatın təşkili universitet rəhbərliyi professor və müəllim heyəti  tərəfindən böyük marağa səbəb olub. Final oyununda iştirak edən UTECA-nın rektoru professor Akif Süleymanov matç bitdikdən sonra yarışın vacibliyindən söhbət açaraq maraqlı qarşılaşma izlədiklərini vurğulayıb və bütün iştirakçılara təşəkkür edib. Akif Süleymanov tələbələri ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının idmana olan diqqət və qayğısı o cümlədən ölkəmizdə son illərdə idmanda olan yüksək nailiyyətlərdən söhbət açıb. Süleymanov həmçinin Texnologiya universitetində də bu inkişafın son dövrlər sürətlə yüksəldiyini bildirib. Bunun bariz nümunəsi kimi futzalçılarımızın cari ildə şəhər spartakiadasında çempion olmaqlarını xüsusi vurğulayıb. Son dövrlər Texnologiya uniersitetinin idman zalında təşkil olunan şahmat, dama, voleybol, basketbol və futbol üzrə keçirilən yarışlarıda xüsusi olaraqtələbələrin diqqətinə çatdırıb. Daha sonra komandaların mükafatlanma mərasimi baş tutub. Hər üç komandanın üzvlərinə diplom və hədiyyələr təqdim olunub. Nirvana komandasına isə baş mükafat olan kubok verilib. Bundan başqa Xankişi Məhərrəmli çempionatın bombardiri adını qazanıb. Onun aktivində 25 qol olub. Daha bir naminasiyada ən yaxşı oyun qurucusu və nümunəvi çıxışına görə Nirvana komandasının kapitanı Zamiq Abubəkirov mükafatlandırılıb. Hər iki futbolçuya xüsusi hazırlanmış hədiyyələr təqdim olunub. UTECA İdman klubunun kollektivi isə öz növbəsində idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə Akif Süleymanova Təşəkkürnamə təqdim edib.  Yarışın sonunda idmançılarla xatirə şəkli çəkdirilib.

Yarışın təşkilində əsas məqsəd tələbələrin asudə vaxtlarını səmərəli keçirilməsini təmin etmək, eləcə də qarşıdan gələn şəhər spartakiyadasında iştirak edəcək komandanın heyətini müəyyənləşdirmək olub.

 

 
Top
  • Developed by: Ayaz Askerov