Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/12 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

UTECA kollektivi Ulu Öndərin xatirəsini yad etdi
Dərc edən: Admin Tarix: 2018-12-12

Əvvəlcə Azərbaycan Texnologiya Universitetinin bütün kollektivi Gəncədə şəhər səviyyəsində keçirilən izdihamlı anım mərasiminə toplaşıblar. Onlar dahi rəhbərin şəhərin mərkəzində ucaldılan abidəsi qarşısında ehtiramlarını nümayiş etdiriblər, abidə önünə gül-çiçək dəstələri düzüblər.

UTECA nümayəndələri daha sonra anım tədbirini universitetdə davam etdiriblər. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dəyirmi masa ətrafına toplaşanlar Ulu Öndərin həyatından, müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə yaranan sabitlikdən, Heydər Əliyevin vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindən danışıblar. UTECA-nın rektoru, professor Akif Süleymanov son illər ölkəmizin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək Ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Rektor bildirib ki, yürüdülən məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə öz mövqeyini yaxşılaşdırır. Artıq müstəqil dövlətimiz bölgədə söz sahibidir. Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihə həyata keçirilə bilməz. Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur.

Daha sonra çıxış edənlər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti və onun əhəmiyyətindən danışıblar, Ulu Öndərlə bağlı xatirələri yada salıblar.

Sonda Ümummilli liderin həyat yolu və siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov