Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi

“Heydər Əliyev Azərbaycan yerli özünüidarəetmənin yaradıcısıdır”
Dərc edən: Admin Tarix: 2018-12-14

Azərbaycan Texnologiya Universitetində (UTECA) “Heydər Əliyev Azərbaycan yerli özünüidarəetmənin yaradıcısıdır” mövzusuna həsr olunmuş elmi-praktik seminar keçirilib. Seminarı giriş sözü ilə UTECA-nın rektoru professor Akif Süleymanov açıb. Qeyd edib ki, ölkədə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun fəaliyyəti dövründə, 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilib. Dövlətçilik tarixinə mühüm hadisə kimi daxil olan bu tarixi gündın sonra, 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsi ilə hakimiyyətin əks mırkəzləşməsi prosesinə start verilib.

Sonra Avtomatika, telekommunikasiya və informatika fakültəsi tələbələri və İnzibati idarəetmə və kommersiya kafedrasının nümayəndələri Yerli özünüidarəetmənin tarixi, Bələdiyyələrin kadr problemləri və onların həlli yolları, Bələdiyyələrdə gender bərabərliyinin qorunması: problemlər və perspektivlər, Bələdiyyə haqqında yeniliklər kimi başlıqlar altında məruzələrlə çıxış ediblər.

 
Top
  • Developed by: Ayaz Askerov