Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/01/22 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA-nın YAP-a üzv olan tələbələrinə vəsiqələr verildi
Dərc edən: Admin Tarix: 2018-12-19

Azərbaycan Texnologiya Universitetində Yeni Azərbaycan Partiyası sıralarına qoşulan tələbələrlə görüş keçirilib. Tədbirdə çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov Azərbaycanda gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolundan, onların ictimai-siyasi proseslərdə fəal iştirakından danışıb. Qeyd edib ki, Azərbaycan gəncləri Yeni Azərbaycan Partiyasına, onun yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına sıx bağlıdır, onlar Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla irəliləyirlər.

YAP Azərbaycan Texnologiya Universiteti ərazi ilk partiya təşkilatının sədri Piri Axundov partiyanın sıralarında gənclərin sayının gün-gündən artdığını qeyd edib. Bildirib ki, məhz bu gənclər dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsidir.

Tədbirdə çıxış edən YAP Gəncə Şəhər Təşkilatının nümayəndələri gənclərin dövlətin verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan 100-ə yaxın UTECA tələbəsinə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov