Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/01/22 : Azərbaycan Texnologiya Un

Xəbərlər

REKTOR İMTAHAN PROSESİLƏ TANIŞ OLUB
Dərc edən: Admin Tarix: 2019-01-04

Azərbaycan Texnologiya (UTECA) universitetində qış imtahan sessiyasına start verilib. Universitetin rektoru professor Akif Süleymanov imtahan prosesilə tanış olub. UTECA tələbələrinə uğurlar arzu edib.

Bildirib ki, imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ tələblərə uyğun keçirilməsinə kömək etmək üçün xüsusi mərkəz yaradılıb. Əsas məqsəd şəffaflıq və obyektivliyin dayanıqlılığını təmin etməkdir.

Yanvar ayının sonuna qədər davam edəcək imtahanlarda 2500 yaxın UTECA tələbəsi iştirak edəcək.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov