Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/04/24 : Azərbaycan Texnologiya Un

Xəbərlər

Universitet Elmi Şurasının 04 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2019-01-30

 

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 04 saylı iclası keçirilib. İclası giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov şura üzvlərini və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Doktorantura və dissertanturaya qəbulun vəziyyəti haqqında Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev çıxış edib. Bildirib ki, fəlsəfə proqramı üzrə 9 nəfər doktoranturaya, 8 nəfər dissertanturaya, elmlər doktoru proqramı üzrə isə  1 nəfər dissertanturaya qəbul olub.

Sonra Tədris metodiki şuranın katibi Ulduz Babayeva tədris metodiki vəsaitələri Elmu Şuraya təqdim edib. Adları çəkilən kafedralar üzrə dərs vəsaitləri və fənn proqramları şura üvləri tərəfindən təsdiq edilib.

Təcrübə-karyera şöbəsinin hesabatı isə şöbənin rəhbəri Fuad Bayramlının təqdimatında dinlənilib. O qeyd edib ki, hazırda məzun olmuş UTECA tələbələrinin elekton bazası yaradılır. Məqsəd UTECA məzunları ilə davamlı əlaqə saxlmaq, iş həyatlarında nə kimi dəyişikliklərin olduğunu öyrənmək və onların iş əlçatanlığını təmin etməkdir. Son 3 ilin məzunlarının yüzlərlə şəxsi məlumatları (CV) universitetə kadrla bağlı müraciət edən iri müəssisələrə göndərilib. Buna paralel olaraq şöbə universitetin profilinə uyğun müəssisə və təşkilat rəhbərliyi ilə görüşlər keçirib, tələbələrin həmin müəssisələrdə təcrübə keçmələrinə dair ikitərəfli müqavilələr bağlanıb. Ötən tədris ilində 786 UTECA tələbəsi belə təcrübələrdə olub. Bu il isə 609 tələbənin təcrübələrə cəlb edilməsi nəzərdə tutulub.

Sonda iclasın gündəliyində olan müxtəlif məsələlərə baxılaraq yekun qərar verilib.

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov