Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/02/19 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA-da Gənclər Günü qeyd edilib
Dərc edən: Admin Tarix: 2019-02-01

Azərbaycan Texnologiya Universitetində (UTECA) 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rektor, professor Akif Süleymanov dövlətimizin gənclərə olan qayğısından söz açıb. O, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və gənclərin qazandıqları uğurlardan danışıb.

Çıxışlarda qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları onların hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açır. Bu gün Azərbaycan gəncləri Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunur.
Tədbirin sonunda bir qrup tələbə və gənc müəllim təltif edilib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov