Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/03/21 :  

Xəbərlər

UTECA Novruzu qarşıladı
Dərc edən: Admin Tarix: 2019-03-18

Azərbaycan Texnologiya Universitetində (UTECA) hər il olduğu kimi bu ildə açıq havada Novruz bayramı münasibəti ilə bayram şənliyi təşkil olunub.

Universitetin rektoru, professor Akif Süleymanov əvvəlcə UTECA kollektivinin milli adət-ənənələrimizi əks etdirən stendləri ilə tanış olub.

Rektor tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, hər birinə sağlamlıq və sevinc dolu günlər arzulayıb. O, Novruzun tarixindən, milli və tarixi motivlərin bu bayramda yer alması və təmsil olunmasından danışıb. Qeyd edib ki, Novruz tariximizi, əsrlər boyu qorunub saxlanan adət ənənələrimizi, birgə dəyərlərimizi gələcək nəsillərə ötürmək üçün ən gözəl vasitədir.

Tədbir çərçivəsində “Ən yaxşı elmi seminar” və “İlin ən yaxşı elmi məqaləsi” müsabiqələrinin nəticələri məlum olub. Ən yaxşı seminar nominasiyasına Səbuhi Yusifov layiq görülüb. Ən yaxşı məqalə müəllifi isə Şakir Əliyev seçilib.

Sonra Novruzun əsas personajları - Bahar qızı, Dədə qorqud, Keçəl və Kosa maraqlı çıxışları ilə iştirakçılarda xoş əhval ruhiyyə yaradıblar. Fatimə Klubunun taekvandçuları, Kreativ Uşaq Klubunun gimnastları öz ifaları ilə tədbirə maraq qatıblar. UTECA tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya və musiqi nömrələrini tədbir iştirakçıları maraqla qarşılayıblar.

Daha sonra tələbələr tonqal ətrafında yallı gedərək rəqs ediblər.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov