Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/12 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

UTECA-da Elmi Şuranın 6 saylı iclası keçirilib
Dərc edən: Admin Tarix: 2019-04-04

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın 6 saylı iclası keçirilib. Elmi Şuranın sədri – UTECA-nın rektoru, professor Akif Süleymanov üzvləri və iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib. Sonra universitetin əməkdaşları Hacıyev Rövşən və Fəridə Usubova yubileyləri, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi İsmayıl Qaçaylı isə fəal könüllü seçilməsi münasibətilə təltif ediliblər.

Elmi Şura Fədai Əfəndiyevin təqdimatında Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzinin hesabatı ilə davam edib. Mərkəzin planları səsələndirilən zaman məlum olub ki, UTECA-da sənaye-müəssisə əməkdaşlığı çərçivəsində yeni, Robot texnologiyası laboratoriyasının qurulması üzərində iş aparılır.

Sonra İsmayıl Hüseynli Universitetdə Tələbə Gənclər Təşkilatının fəaliyyətini əks etdirən slaydla çıxış edib.  UTECA tələbələrinin qatıldığı forumlar, sərgilər, yarışlar, müsabiqələr, düşərgələr, sosial layihələrin adlarını qeyd edib, tələbələrimizin hazırda “KOB Dostu” evlərində dərsdən sonra könüllü fəaliyyət göstərdiklərini bildirib.

Gündəlikdə duran məsələlərdən biri də Distant və qiyabi təhsil şöbəsinin hesabatı olub. Şöbənin müdiri Babək Həsənov çıxışında son üç ilin statistikasından danışıb. Nümayiş olunan slayd qiyabi təhsil növü üzrə qəbulda, eləcə də ikinci təhsil üçün müraciətdə ildən-ilə artan dinamikanı əks etdirib.

Daha sonra baş müəllim Ulduz Babayevanın təqdim etdiyi bir sıra tədris vəsaitləri təsdiq edilib.

Sonda Elmi Katib Mətanət Əhmədova doktorantların mövzularının dəyişdirilməsi ilə bağlı çıxış edib. Əsaslandırılmış şəkildə təklif olunan dəyişikliklər Elmi Şura üzvlərinin müzakirəsindən sonra  təsdiq edilib.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov