Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/12 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

UTECA Avropada təmsil olunub
Dərc edən: Admin Tarix: 2019-04-22

Polşada Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq təlim həftəsi təşkil olunub. 28 ölkədən 56 nümayəndənin iştirak etdiyi təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və Xarici Əlaqələr Mərkəzinin mütəxəssisi İlahə Qurbanova təmsil edib. Təlimlər Polşanın Bialistok Texnologiya Universitetində baş tutub. UTECA sözügedən universitetlə Avropa Birliyi tərəfindən maliyyələşən Erasmus+ layihəsi çərçivəsində uzun müddətdir əməkdaşlıq edir.

1 həftə davam edən təlimlərdə universitetlər arası mövcud və perspektiv əməkdaşlıqlara dair məhsuldar müzakirələr aparılıb. Müxtəlif ölkələrin təhsil sistemləri, tələbə və müəllim mübadiləsi, birgə yay məktəbləri və ikili proqramların həyata keçirilməsi  gündəlikdə duran əsas məsələlərdən olub.

Geniş fikir mübadiləsi yeni bilik və təcrübələr qazandırıb.

Təlim müddətində mədəniyyət günü keçirilib. İştirakçılar onlara ayrılan guşələrdə mənsub olduqları ölkə və universitetlərə aid materiallar nümayiş etdiriblər, maraqlı təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda  iştirakçılara sertifikatlar verilib.

 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov