Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/12 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

Milli-mənəvi dəyərlər UTECA gənclərinin gözü ilə
Dərc edən: Admin Tarix: 2019-04-23

Azərbaycan Texnologiya Universitetində “Milli-mənəvi dəyərlərimiz UTECA gənclərinin gözü ilə” başlıqlı seminar keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova da iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov mövzunun aktuallığından danışıb. Bildirib ki, milli mənəvi dəyərlərin təbliği tarixi yaddaşı gücləndirir, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayır. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəsilə ötürür. Azərbaycan Texnologiya Universiteti də öz növbəsində bu təbliğata daim önəm verir.

Çıxış edənlər milli mənəvi dəyərlərin təbliği ilə bağlı universitetdə, eləcə də ölkədə görülən işlərdən, dəyərlərin yaşadılmasında gəcliyin rolundan danışıblar, tələbələrin mövzuya dair suallarını cavablandırıblar.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov