Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/05/20 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA Qələbə Gününü qeyd edib
Dərc edən: Admin Tarix: 2019-05-09

Azərbaycan Texnologiya Universitetində (UTECA) faşizm üzərində qələbənin 74 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynov da iştirak edib.

UTECA-nın rektoru, professor Akif Süleymanov hər kəsi Qələbə günü münasibətilə təbrik edərək bildirib ki, faşizm üzərində tarixi qələbədə Azərbaycanın özünəməxsus imzası var. Həmin dövrdə Bakı nefti əvəzsiz rol oynayıb. Azərbaycanın kimyaçı alimləri xüsusi təyinatlı yanacaq və şaxtaya davamlı sürtgü yağlarının, eləcə də partlayıcı maddələrin istehsalını təmin etməklə qələbəyə öz töhfələrini veriblər. Sovet İttifaqının sərf etdiyi neftin 70%-dən çoxu, benzinin 80%-i, motor yağlarının isə 90%-i Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatını təmin edib. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Çıxışlarda müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyi vurğulanıb.

Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynov bildirib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Həmin siyasət indi Prezident İlham Əliyev tərəfindən davam etdirilir, ikinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşılır.

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov