Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/06/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA tələbələri ailə və məişət zorakılığıyla bağlı maarifləndirildi
Dərc edən: Admin Tarix: 2019-05-18

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Texnologiya Universitetində (UTECA) ailə və məişət zorakılığıyla bağlı dəyirmi masa keçirib.  İctimai birliyin rəhbəri Məleykə Əlizadə UTECA tələbələrini “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi  ilə tanış edən zaman bildirib ki, Azərbaycan qadınının arxasında güclü dövlət dəstəyi dayanır, çətin şəraitdə yaşayan, risk qrupuna daxil olan qadınlarımız üçün real tədbirlər görülür. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi onların zorakılığa məruz qalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlı olur, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı bir neçə bölgədə mərkəzlər yaradılıb. Bu sahədə müvafiq dövlət orqanlarının qeyri-hökumət təşkilatları ilə birgə layihələri öz səmərəsini verir. Bu işə əsas dəstək olan respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva və BMT-nin Əhali Fondu, eləcə də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir. Səmimi söhbət zamanı Məleykə Əlizadə UTECA tələbələrini də ailə-məişət zorakılığna qarşı mübarizədə fəal olmağa, sağlam cəmiyyətin formalaşması üçün ətrafda baş verənlərə biganə qalmamağa, ailə məişət zorakılığı halları ilə qarşılarkən qaynar xəttə müraciət etməyə çağırıb. 

 

 

 
Yuxarı
  • Developed by: Ayaz Askerov