Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/06/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

Elmi Şuranın növbəti iclası keçirilib
Dərc edən: Admin Tarix: 2019-05-31

UTECA-da universitet Elmi Şurasının 8-ci iclası keçirilib. İclası açıq elan edən Elmi Şuranın sərdi, UTECA-nın rektoru, professor Akif Süleymanov üzvləri və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Buraxılış işləri, magistr dissertasiyalarının yerinə yetirilməsinin və dövlət imtahanlarının vəziyyəti barədə Tədris şöbəsinin müdiri Piri Axundov, İ
qtisadiyyat və idarəetmə fakültəsinin geniş hesabatı ilə dekan Nüşabə Hacıyeva çıxış edib.
Toplantıda Elmi Şuraya təqdim edilən 17 tədris vəsaiti, 2 dissertantın mövzu və rəhbərləri təsdiq olunub, doktorantlardan birinin ixtisas şifrinin dəyişdirilməsinə (mövzuya uyğun gəlmədiyi üçün) qərar verilib,  16 universitetdə Unibook sisteminin tətbiqilə məşğul olan “Neuron Technologies” şirkətinin UTECA-ya ünvanladığı təşəkkür məktubu səsləndirilib.
İclas zamanı  Marketinq kafedrasının əməkdaşı Xasay Mehdiyev 70 illik yubileyi münasibətilə təltif edilib, Ulu Öndər Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş “Qida və yüngül sənayenin aktual problemləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın fəal iştirakçılarına mükafat və sertifikatlar verilib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov