Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/06/14 : Azərbaycan Texnologiya Un

Xəbərlər

UTECA-da kafedraların yekun hesabatı dinlənilib
Dərc edən: Admin Tarix: 2019-06-13
Azərbaycan Texnologiya Universitetində kafedraların yekun hesabatı dinlənilib. Tədris şöbəsinin müdiri Piri Axundov kafedraların ayrı-ayrılıqda verilən hesabatı barədə danışıb. O, açıq dərsləri təşkili, video dərslərin internet resurslarında yerləşdirilməsi, sillabusların, fənn proqramlarının yenilənmə vəziyyəti, laboratoriya şəraiti və s. dair məsələlərin mövcud vəziyyətini, eləcədə çatışmazlıqları qeyd edib.
Universitetin 2018/2019-cu il üzrə elmi potensialının hesabatını Elm şöbəsinin müdiri Qalibə Məmmədova təqdim edib. Təqdimat elmi tədqiqat fəaliyyətləri, elmi nəşrlər, elmi metodiki işlər, elmi tədbirlər və elmi potensialın davamlılığı olmaqla 5 kriteriya üzrə xarakterizə olunub. Birinci yeri elmi nəşrlər və elmi potensialın davamlılığı göstəricisi üzrə Qida mühəndisliyi və ekspertiza kafedrası tutub. İkinci yeri Maşın mühəndisliyi və logistika kafedrası (elmi nəşrlər, elmi metodiki işlər üzrə) ilə Ekologiya mühəndisliyi və turizm kafedrası (elmi tədbirlər, elmi potensialın davamlılığı) bölüşüb.
Təqdimatda bildirilib ki, universitet əməkdaşları tərəfindən 453 elmi məqalə çap edilib. 13 məqalə isə “Thomson Reuters”in impakt faktorlu jurnallarında yer alıb.
Bundan əlavə universitet əməkdaşları tərəfindən xarici universitetlərdən olan alimlərlə, ölkənin aparıcı müəssisələri ilə birgə elmi tədqiqat işləri aparılıb. Hazırda 32 müəssisə ilə əməkdaşlıq davam edir.
Universitetin rektoru, professor Akif Süleymanov hesabat və təklifləri dinlədikdən sonra çatışmazlıqların aradan qaldırılmasına dair məsləhət və göstərişlər verib. Sonda rektor universitetdə atılan hər bir uğurlu addımın arxasında bütün əməkdaşların böyük dəstəyi və rolu olduğunu, bu tədris ilinin də Azərbaycan Texnologiya Universiteti üçün yüksək göstəricilərlə yadda qalacağını, qarşıya qoyulacan bütün strateji hədəflərə bundan sonra da nail olunacağına əminliyini ifadə edib.
 
Yuxarı
  • Developed by: Ayaz Askerov