Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/12 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

Silahlı Qüvvələr Gününə həsr olunan dəyirmi masa keçirilib
Dərc edən: Admin Tarix: 2019-06-26

Azərbaycan Texnologiya Universitetində (UTECA) 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə millət vəkili Pərvin Kərimzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinin əməkdaşı, mayor Hikmət Qədimov, eləcə də Nizami Rayon Şöbəsinin əməkdaşı, kapitan Şaiq Almazov da iştirak edib.  

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov qeyd edib ki,  Silahlı Qüvvələr Günü artıq 21 ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Rektor əlavə edib ki, son dövrlərdə Prezident İlham Əliyev tərəfindən aparılan ardıcıl və sistemli islahatlar nəticəsində Milli Ordumuzun müdafiə qüdrəti və döyüş qabiliyyəti artıb, maddi-texniki təchizatı yaxşılaşdırılıb.

Digər çıxış edənlər də bildiriblər ki, 2016-cı ilin aprel ayında aparılan hərbi əməliyyatlar da bir daha sübut etdi ki, Azərbaycan ordusu Cənubi Qafqazın ən qüdrətli hərbi gücü kimi torpaqlarımızı azad etməyə və istənilən tapşırığın öhdəsindən gəlməyə qadirdir.

Tədbirin sonunda silahlı qüvvələrimizin inkişaf tarxindən bəhs edən "Şərəf və qürur günümüz" adlı qısa film nümayiş etdirilib.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov