Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/12 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

UTECA-da yay məktəbi təşkil edilib
Dərc edən: Admin Tarix: 2019-07-08

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Texnologiya Universitetinin və Gəncə İntellektual School-un təşkilatçılığı ilə UTECA-nın akt zalında Qərb regionu üzrə Şagirdlər arasında "Nəsimi 650" Yay Məktəbinin yekun tədbiri baş tutub. Tədbirdə millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Respublikasının Təhsil Problemləri inistutunun təlimçisi,təhsil üzrə ekspert, Layiheler Akademiyasinin direktoru Vəfa Vəliyeva, UTECA-nın tərbiyə işləri üzrə prorektoru Mətanət Əhmədova, Gəncə İntellektual Schoolun İdarə heyyətini sədri, layihə rəhbəri Teymur Əliyev iştirak edib.

Layihə rəhbəri Teymur Əliyev çıxış edərək yay məktəbini uğurla başa vuran şagirdləri təbrik edib onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzu edib. O, bildirib ki, Gəncə İntellektual School 1-7 İyul 2019 cu il tarixində Gəncə Şəhərində 4-5-6-7-8-9-10 sinif şagirdləri arasında Beynəlxalq Yay Məktəbi təşkil edib. "Yay məktəbini təşkil etməkdə əsas məqsədimiz uşaqların asudə vaxtlarını səmərəli təşkili, Liderlik qabiliyyətinin inkişafı, dil biliklərinin inkişafı, yeni dostlar qazanmaq, xüsusi bacarıqlarını üzə çıxarmaqdır" -deyə layihə rəhbəri vurğulayıb.

Tədbirdə çıxış edən millət vəkili Pərvin Kərimzadə bu cür layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Millət vəkili qeyd edib ki, bu məktəbdə uşaqların öz iştirakı ilə onların həyatında dönüş yaratmaq, onların hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, onlara vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi yetişməsinə xidmət edir. Sonra Pərvin Kərimzadə şagirdlərə bu yolda uğurlar arzu edib.

Vəfa Vəliyeva çıxış edərək respublikamızda uşaq və gənclər siyasətinin uğurla davam etdirildiyini, uşaqların bilik və intellektual səviyyəsindən, fəal vətəndaşlar kimi tərbiyələnməsindən məmnun olduğunu vurğulayıb .

UTECA-nın nın tərbiyə işləri üzrə prorektoru Mətanət Əhmədova çıxışında yay məktəbini uğurla başa vuran şagirdləri universitetin rektoru, professor Akif Süleymanov adından təbrik edib, təşkilatçılara öz təşəkkürünü bildirib. Qeyd edib ki, UTECA layihəyə ev sahibliyi edib, təlimlər universitetin xüsusi mərkəzlərində təşkil edilib və beləcə məktəblilərin universitetimizlə yaxından tanış olublar. Mətanət Əhmədova Azərbaycan Texnologiya Universitetinin prioritetləri sırasına daxil olan bu kimi maarifləndirici, sosial layihələrə bundan sonra da daim dəstək göstərəcəyini vurğulayıb.

Yekunda təşkilatçılar təltif edilib, yay məktəbini uğurla başa vuran şagirdlərə 3G Beynəlxalq Sertifikat verilib. Qeyd edək ki, "NƏSİMİ 650" Yay Məktəbinin ən fəal 2 şagirdi ölkəmizi Şimali Kipr Türk Respublikasında təmsil edəcək.

 
Yuxarı
  • Developed by: Ayaz Askerov