Mən dünyada müəllimlikdən yüksək ad tanımıram.

Heydər Əliyev

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.

Heydər Əliyev

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

Heydər Əliyev

Elm sərkərdə,təcrübə isə onun əsgəridir.

Leonardo da Vinçi

Kəşf etmək hamının gördüyünü görmək,lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir.

A.R.Dyerdi

İki şey var ki.sonu görünməz.Ağıl və bilik.

Hz.Əli (ə)

İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti,malı.

Nizami Gəncəvi
Son xəbər 2019/07/12 : Azərbaycan Texnologiya Universitetind

Xəbərlər

Elmi Şuranın yekun iclası keçirilib
Dərc edən: Admin Tarix: 2019-07-12

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın yekun - 10 saylı iclası keçirilib. Elmi Şuranın sədri, UTECA-nın rektoru, professor Akif Süleymanov iclası açıq elan edərək əvvəlcə əlamətdar hadisə - “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülməsilə bağlı təəssüratlarını bölüşüb. Akif Süleymanov medalın ona təqdim olunmasını rəhbərlik etdiyi universitetin kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib: “Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda Azərbaycan Texnologiya Universitetinin kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezident İlham Əliyevə öz adımdan və UTECA kollektivi adından minnətdarlıq bildirir, təşəkkür edirik”.

Daha sonra rektor Elmi Şura üzvlərini və iştirakçıları gündəlikdə olan əsas məsələlərlə tanış edib.

Universitetdə il ərzində təsərrüfat sahəsində görülən işlərlə bağlı prorektor Adil Tağıyev çıxış edib. O, universitetin respublika səviyyəli  yaşıllaşdırma aksiyalarında  fəal iştirakından, UTECA yataqxanasında tamamlanmaq üzrə olan təmir, korpuslarda aparılan quruculuq  işlərindən danışıb.  

Universitetdə tədrisin son vəziyyəti ilə bağlı Tərdis şöbəsinin müdiri Piri Axundov çıxış edib. İl ərzində xarici və yerli universitetlər, müəssisələr arasında qurulan əlaqələrin yüksək kard hazırlığına, UTECA-nın texnopark fəaliyyətinə daha çox töhfə verəcəyini qeyd edib.   

Elmi işlər sahəsində əldə edilən uğurlar barədə isə Elmi tədqiqat şöbəsinin müdiri Qalibə Məmmədova hesabat verib. O, uUniversitetdə təşkil olunan elmi-praktik beynəlxalq səviyyəli seminarlar, tələbə  və müəllim mübadiləsindən danışarkən Keyfiyyətin təminatına əsaslanan, Avropa Komisiyasının maliyyələşdirdiyi Erasmus+EQAC layihəsini və UTECA-nın bu proqramda fəal iştirakını xüsusi vurğulayıb.

Təlim tərbiyə işləri üzrə prorektor vəzifəsini əvəz edən  Mətanət Əhmədova il ərzində əldə edilən nailiyyətlərdən danışıb. Tələbələrin sosial layihələrdə iştirakını, onların uğurlarını qeyd edib.

Sonra universitetin sənaye-müəssisə əlaqələrini əks etdirən videçarx nümayiş etdirilib.

Sonda növbəti tədris ilinin birinci yarım ilində Elmi Şuranın gündəliyinə daxil ediləcək məsələlər müəyyən olunub.  

 
Yuxarı
  • Developed by: Ayaz Askerov