UTECA əməkdaşları Almaniyada təlimlərdə iştirak ediblər

04 Oct

Azərbaycan Texnologiya Universitetinin (UTECA)əməkdaşları Nicat Ağayev, Nofəl Hacıyev və Nicat Qəzənfərli  "Nəqliyyatxidmətləri üçün böhran və risk mühəndisliyi (CRENG)" Erasmus+ KA2 layihəsiçərçivəsində Berlin Texniki Universitetində keçirilən təlimlərəqatılıblar. 

3 illiklayihənin yekununda partnyor universitetlərdə magistr proqramının açılması,eyni zamanda layihə çərçivəsində universitetdə CRENG laboratoriyasınınyaradılması, laboratoriya üçün avadanlığın və Anylogic proqram təminatınınalınması nəzərdə tutulur.

Təlimlərdəlayihəyə uyğun olaraq universitetimizdə təsis ediləcək müvafiq magistr proqramı(Nəqliyyat logistikası) üzrə tədris olunacaq fənlərin məzmunu, dərs saatlarınınbölünməsi, müasir tələblərə uyğun yeni kurikulumun və tədris vəsaitlərininhazırlanması məsələləri müzakirə edilib, bu barədə tövsiyələrverilib. Bundan əlavə təlim iştirakçıları üçün müxtəlif müəssisələrəekskursiyalar təşkil edilib.

Məhsuldartəlimlərin sonunda iştirakçılara sertifikatlar verilib. 

 

3 dəfə oxunub