CRENG layihəsi UTECA Elmi Şurasına təqdim olunub

06 Dek

Azərbaycan Texnologiya Universitetinin (UTECA) Elmi Şurasının 3-cü iclasında iştirakçılara ali təhsil müəssisəsinin Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi (CRENG) layihəsində iştirakı ilə bağlı məlumat verilib. Layihənin universitet üzrə koordinatoru Orxan Vətənxah Şura üzvləri və iclas iştirakçılarına bu çərçivədə indiyədək görülmüş işlər, hədəflər və perspektiv planlar barədə məlumat verib. O, qeyd edib ki, CRENG-in UTECA üçün başlıca səmərəsi ondan ibarətdir ki, bu layihə universitetin mövcud iki ixtisası ilə birbaşa əlaqəlidir və həmin istiqamətlər üzrə kadr hazırlığı işini təkmilləşdirməyə imkan verir. 

Orxan Vətənxah həmçinin bildirib ki, layihə çərçivəsində indiyədək universitetin komandası formalaşdırılıb, müxətlif görüşlər, təlimlər, məlumat sessiyaları təşkil olunub. Universitetin 3 nəfər əməkdaşı Almaniyada təlimlərə qatılıb, geri döndükdən sonra qazanılmış bilik və təcrübələri UTECA-nın CRENG komandasının üzvləri ilə bölüşüblər. 

CRENG-in universitet üzrə koordinatoru layihənin növbəti mərhələlərinin hansı proqram üzrə icra olunması barədə də məlumat verdikdən sonra Elmi Şura Üzvlərinin suallarını cavablandırıb.

 

 

 

166 dəfə oxunub