``CanSat Azərbaycan 2020`` tələbə model peyk müsabiqəsinə start verilib

01 Dek

Azərbaycan Təhsil Nazirliyinin və"Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə növbəti "CanSatAzərbaycan 2020" tələbə model peyk müsabiqəsinə start verilib.

Müsabiqədə iştirak etmək üçün müraciətlər 17 yanvar 2020-ci iltarixinədək qəbul olunur.

Müsabiqə ali təhsil müəssisələrinin tələbələri arasında kosmiksahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlarformalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir.Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika,proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübibiliklərin tətbiqinə və inkişaf edilməsinə şərait yaradır.

Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peykmodeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerəenərkən, təyin olunan missiyasını yerinə yetirir.

Ətraflı linkdə: https://cansat.space.az/documentation

205 dəfə oxunub