UTECA-da beynəlxalq elmi-praktik konfrans keçiriləcək

19 Fev

UTECA-da beynəlxalq elmi-praktik konfrans keçiriləcək

24-25 aprel 2020-ci il tarixlərində Azərbaycan Texnologiya Universitetində (UTECA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş “UNİVERSİTET SƏNAYE ƏLAQƏLƏRİNİN KEYFİYYƏT TƏMİNATININ ƏSAS PROBLEMLƏRİ” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfransın təşkilatçıları Azərbaycan Respublikası Təhsil Nazirliyi, Alikante Universiteti (İspaniya), Kral Texnologiya Universiteti (İsveç), Tətbiqi Elmlər Universiteti (Litva), Sankt Peterburq Dövlət Telekommunikasiya Universiteti (Rusiya), Nijeqorod Dövlət Texniki Universiteti (Rusiya), Moqilev Dövlət Ərzaq Universiteti (Belarus), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Neon firması, Azəralüminium zavodu və Mingəçevir Tekstil fabriki, Azərbaycan Texnologiya Universitetidir.

Kofransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

  • Qida və turizm sənayesi mühəndisliyi və menecmenti
  • Logistika mühəndisliyi və menecmenti
  • Yüngül sənaye mühəndisliyi və menecmenti
  •  İnformasiya texnologiyaları mühəndisliyi və menecmenti
  • Metal və materiallar mühəndisliyi və menecmenti
  • Davamlı inkişaf və təhsil texnologiyaları

Tezislərə olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formata uyğun olaraq aşağıdakı kimidir:
Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır, 1,5 intervalla, 12 şriftlə, Times New Roman (formulalar Microsoft Eqution 3,0) formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri və e-poçt ünvanı tezisin adının altında yazılmalıdır. Tezislərin ingilis və rus dillərində xülasəsi vacibdir. Tezislər xüsusi topluda nəşr olunacaq. Tezislər 5 aprel 2020-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Tezisin çap dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 5$, Azərbaycan vətəndaşları üçün 5 AZN-dir. Məcmuələr toplusunun isə dəyəri xarici vətəndaşlar üçün 20$, Azərbaycan vətəndaşları üçün 10 AZN-dir.

Valyuta: AZN
Benefisiarın adı: Azərbaycan Texnologiya Universiteti
VÖEN: 2300343181
H/H: AZ39AIIB38060019440135272127
Benefisiarın Bankı: “Kapital Bank” ASC, Gəncə filialı
Bankın kodu: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK: AIIBAZ2X
Bankın ünvanı: Gəncə şəhəri, Cavadxan küçəsi 24
Tel: (022) 256-67-95, 256-01-19

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46
e-mail: [email protected]

 

864 dəfə oxunub