UTECA-nın 1-ci və 2-ci kurs tələbələri üçün Avropada təqaüdlə təhsil imkanı

27 Fev

UTECA-nın 1-ci və 2-ci kurs tələbələri üçün Avropada təqaüdlə təhsil imkanı

Azərbaycan Texnologiya Universiteti İspaniyanın Jaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 2 tələbəsinə İspaniyada 1 semestr müddətinə təhsil alması üçün qrant ayrılıb.

Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:

  • ÜOMG
  • İngilis dili imtahanı
  • Müsahibə

İngilis dili imtahanı 30 aprel 2020-ci il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən tələbələr 20 aprel 2020-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzində qeydiyyatdan keçməlidirlər.

Ünvan: İnzibati bina, 3-cü mərtəbə

 

764 dəfə oxunub