Fəlsəfə doktoru və və elmlər doktoru proqramları üzrə müsabiqə elan edilir

07 Sen

Fəlsəfə doktoru və və elmlər doktoru proqramları üzrə müsabiqə elan edilir

Azərbaycan Texnologiya Universiteti fəlsəfə doktoru və və elmlər doktoru proqramları üzrə müsabiqə elan edir. Plan yerləri barədə ətraflı linkdə https://yadi.sk/i/mfJb-JXCUbZ95A verilib.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya müraciət edənlər xarici dil (rus dili istisna olmaqla), fəlsəfə və ixtisas fənlərindən ali təhsil pilləsinin magistratura səviyyəsinin tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər.

Dissertanturaya qəbul olmaq istəyənlər isə xarici dil (rus dili istisna olmaqla) və ixtisas fənlərindən qəbul imtahan (müsahibə) verməlidirlər.

Qeyd: Xarici dil fənnindən qəbul imtahanları DİM (Dövlət İmtahan Mərkəzi) tərəfindən həyata keçirilir. Müvafiq qaydalara əsasən B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar.

QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR:

- Ərizə;
- Kadrların şəxsi-qeydiyyat vərəqi;
- Tərcümeyi-hal;
- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- İş yerindən xasiyyətnamə;
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- Ali təhsil müəssisəsini bitirmək haqqında diplom və əlavəsinin müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- Şəxsiyyəti vəsiqəsinin 2 ədəd surəti.


Sənədlər 07.09.2020 - 25.09.2020-ci il tarixlərində, saat 1000-dan 1700-a qədər (şənbə və bazar günləri istisna olmaqla) Azərbaycan Texnologiya Universiteti, Magistratura və doktorantura şöbəsində (otaq-3112) qəbul ediləcəkdir.

184 dəfə oxunub