Qeydiyyat onlayn aparılır

25 Sen

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik!

Yeni qəbul olan tələbələrdən əvvəlcə e-telebe.edu.az portalından qeydiyyatdan keçmək tələb olunur. Bu qeydiyyat sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin müəyyən edilməsi üçün nəzərdə tutulur.

Qeydiyyat 25 sentyabr – 7 oktyabr tarixlərində ONLAYN qaydada həyata keçiriləcək.
Qeydiyyat üçün aşağıdakı sənədlərin skan edilmiş və ya foto şəkil formasını ixtisaslar üzrə göstərilən mail və ya whatsapp nömrələrindən birinə göndərmək lazımdır.
➤ Attestat (və ya diplom, bu il məzun olan subbakalavrlar üçün arayış)
➤ DİM saytındakı şəxsi səhifədən çıxarış
➤ Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün)
➤ Ödənişdən azad edən sənəd (məcburi köçkün, şəhid ailəsindən olan və ya digər imtiyazlı tələbələr üçün)
➤ Şəxsiyyət vəsiqəsi

Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected]  051-311-28-34
✓ Dizayn
✓ Metallurgiya mühəndisliyi
✓ Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
✓ Nəqliyyat mühəndisliyi
✓ Sənaye mühəndisliyi
✓ Kimya mühəndisliyi


Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected]  051-311-28-37
✓ Ekologiya
✓ Qida mühəndisliyi
✓ Şərabçılıq
✓ Turizm bələdçiliyi
✓ Turizm işinin təskili

Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-36
✓ Marketinq
✓ İqtisadiyyat
✓ Biznesin idarəedilmesi
✓ Mühasibat

Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected]  051-311-28-35
✓ Dövlət ve bələdiyyə idarəetməsi
✓ Mühəndis fizikası
✓ Proseslerin avtomatlaşdırılması mühəndisliyi
✓ İnformasiya texnologiyaları,
✓ Radiotexnika ve telekommunikasiya mühəndisliyi
✓ Komputer mühəndisliyi

QEYDLƏR:
  Sənədlərin şəkli səliqəli çəkilməli və oxunan olmalıdır;
  Qeydiyyatın operativ həyata keçirilməsi üçün sənədləri təqdim edərkən yuxarıda göstərilən kommunikasiya vasitəsilərindən yalnız birilə əlaqə qurmaq məsləhət görülür;
  Təhsil haqqının 50%-nin ödənilməsi şərtdir. Ödəniş Kapital Bankın ödəmə terminalları vasitəsilə, Azərbaycan Texnologiya Universiteti bölməsini seçməklə həyata keçirilir;
  Məcburi köçkün, şəhid ailəsi üzvü statusu olan tələbələrlə yanaşı 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr də təhsil haqqından azaddırlar;
  Diqqət! Dərslər başlayan zaman tələbə yuxarıda qeyd edilən sənədləri özü ilə gətirərək müvafiq dekanlıqlara təqdim etməlidir. Bu zaman attestatın (və ya diplom, arayışın) əslinin, məcburi köçkün statusunu təsdiq edən sənədin isə notarial qaydada təsdiq edilmiş surətinin olması mütləqdir. Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin, eləcə də şəxsiyyət vəsiqəsinin surəti, fotoşəkil isə 4 ədəd olmalıdır.

Əlaqə nömrəsi: 050-246-07-72
Məsul şəxslər: Hamlet Kəsəmənli, Ramil Vəliyev

742 dəfə oxunub