UTECA vakansiya elan edir

10 Fev

UTECA vakansiya elan edir

 

Azərbaycan Texnologiya Universiteti DATA ANALİTİKASI ÜZRƏ MÜTƏXƏSSİS vakansiyası elan edir

Namizədə qarşı tələblər:
• Yaş: 25-40 (kişi/qadın);
• İş qrafiki: I-V gün saat 08:30-17:00;
• İş təcrübəsi:
• Ali təhsil (Statistika, Riyaziyyat, İqtisadiyyat, Kompüter elmləri üzrə təhsil üstünlük hesab olunur);
• Kompüter bilikləri: MS Office proqramları (analitik alətlərdə işləmə təcrübəsi üstünlük hesab olunur);
• Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
• Ünsiyyət və təqdim etmə bacarıqları;
• Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik;
• Komandada işləmə

Vəzifə öhdəlikləri:
• Datanı şərh etmək, statistik metodlardan istifadə edərək nəticələri təhlil etmək və davamlı hesabatlar vermək;
• Data bazaları, data toplama sistemləri, data analitikası və statistik səmərəliliyi və keyfiyyəti optimallaşdıran digər strategiyaları inkişaf etdirmək və həyata keçirmək;
• Analitik sistemlərin qurulması üçün vacib olan dataları daxil etmək üçün data toplama prosedurlarının gücləndirilməsi;
• Cari hesabatları saxlamaq və yeni hesabatlar yaratmaq. Data toplamaq və təhlilini yaxşılaşdırmaq üçün təkliflər vermək;
• Məlumat bazasının funksiyalarını müəyyən etmək üçün istehsalçı və ya müştəri ilə görüşmək və istifadəçi ehtiyaclarının təhlilini aparmaq;
• Tələbləri müəyyən etmək üçün ehtiyaclar ilə bağlı tədqiqatın nəticələrini təhlil etmək;
• Periodik görülən işlər ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

☞ UTECA komandasında işləmək istəyən namizədlər CV-lərini foto şəkili ilə (mövzu yerində “DATA ANALİTİKASI ÜZRƏ MÜTƏXƏSSİS” qeyd edilməklə) [email protected] elektron ünvanına göndərə bilərlər.
☞ Müraciət üçün son tarix 28 fevral 2021-ci ildir.
☞ Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq!

163 dəfə oxunub