UTECA vakansiya elan edir

25 Fev

UTECA vakansiya elan edir


Vakansiya 5 “STRATEJİ TƏHLİL VƏ İNNOVASİYALAR ÜZRƏ KOORDİNATOR”
Namizədə qarşı tələblər:
• İş yeri: Gəncə şəhəri - Azərbaycan Texnologiya Universiteti;
• Yaş: 25-40 (kişi/qadın);
• İş qrafiki: I-V gün saat 08:30-17:00;
• Ali təhsil;
• Kompüter bilikləri: MS Office proqramları;
• Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;
• Ünsiyyət və təqdim etmə bacarıqları;
• Rəhbərlik ilə tərəfdaşlıq münasibətlərini idarə etmək üçün mükəmməl şəxslərarası, analitik və liderlik bacarıqları; İnnovasiya və texnologiya sahəsində təcrübə də daxil olmaqla biznes, strategiya və tərəfdaşlıq idarəedilməsi sahəsində təcrübə;
• Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik;
• Komandada işləmə.
Vəzifə öhdəlikləri:
• Korporativ strategiyanın hazırlanması prosesində aktiv iştirak;
• Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılmasını təmin etmək;
• Texnoloji startaplar ilə əlaqəli yeni investisiya sahələrində strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsini həyata keçirmək;
• Universitetin strateji hədəflərinə və genişlənmə prioritetlərinə uyğun olan yüksək effektivli innovativ strategiyanı və planı hazırlamaq və həyata keçirmək;
• İnnovasiyaları sürətləndirə biləcək, eyni zamanda yerli və beynəlxalq bazarlarda yaradıcı həllər və texnologiyalara çıxış əldə edə biləcək xarici tərəfdaşları aşkarlamaq;
• Qabaqcıl biznes modellərinin və həllərinin potensial olaraq UTECA ailəsində həyata keçirilməsi məqsədilə yerli və beynəlxalq ideyaları araşdırmaq.
☞ Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
UTECA komandasında işləmək istəyən namizədlər CV-lərini foto şəkili ilə (mövzu yerində “STRATEJİ TƏHLİL VƏ İNNOVASİYALAR ÜZRƏ KOORDİNATOR” qeyd edilməklə) [email protected] elektron ünvanına göndərə bilərlər.
☞ Müraciət üçün son tarix 05 mart 2021-ci ildir.
☞ Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq!
☞ Əmək haqqı namizədlə müsahibə nəticəsində müəyyənləşdiriləcəkdir.
Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

29 dəfə oxunub