İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?

15 Mart

İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?

“İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin “İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?” adlı növbəti tədbiri Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 18 mart 2021-ci il, saat 19:00-da baş tutacaq. Tədbirdə innovativ sahibkarların iqtisadi inkişafdakı rolu və bu sahibkarlardan biri olmağın yolları müzakirə ediləcək. Eyni zamanda, ali təhsilin sahibkarlığın inkişafına verdiyi töhfənin əhəmiyyəti barədə də məlumat veriləcək.
Vebinarda spiker qismində “Allsee Technologies” MMC-nin təsisçisi və icraçı direktoru Dr. Baoli Zhao çıxış edəcək. O, nitqin tanınması üzrə doktorantura təhsilini Nottinqem Trent Universitetində və Executive MBA dərəcəsini Oksford Universitetində alıb. Hazırda Dr. Baoli Zhao Oksford Universitetinin İnnovasiya mərkəzində mentor olaraq fəaliyyət göstərir. Cənab Baoli eyni zamanda iri və kiçik firmaları bir araya gətirərək Birləşmiş Krallığı dünyanın ən iddialı şirkətlərinə ev sahibi etmək üçün qurulan "Be the Business" hərəkatının səfiridir.
Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 16 mart 2021-ci il tarixinə qədər aşağıda göstərilən keçiddən qeydiyyatdan keçmək lazımdır:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=MgI6VZyd2EKaSmcaDBG1oEZVHZQb4hNJkPGGhUzWMHxUNUNJSDNHWDFHSVUxNVFHSUVPSFI5UkkxRy4u&fbclid=IwAR1FqIjs9617dthhYQYrJyYiX8y3pALsLf9HRUncffvNlqDguRtnbu04_Bc

 

135 dəfə oxunub