Universitetimizin əməkdaşları beynəlxalq layihənin açılış tədbirində iştirak ediblər

08 Yan

Avropa İttifaqının maliyyələşdirdiyi və Polşanın Varşava Texnologiya Universitetinin koordinatoru olduğu "Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi(CRENG)" Erasmus+ KA2 layihəsinin ilk toplantısı 27-28 fevral 2019-cu il tarixlərində təşkil edilib. Tədbir Polşanın Varşava Texnologiya Universitetinin Nəqliyyat fakültəsinin ev sahibliyi ilə keçirilmiş və layihənin bütün tərəfdaşları aktiv iştirak etmişdir. Sözügedən tədbirdə Azərbaycandan beş tərəfdaş qurum iştirak edirdi. Bunlara Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, üç ali təhsil müəssisəsinin (Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universiteti) və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları daxildir. Onu da bildirək ki, Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri, cənab Həsən Həsənov da tədbirdə iştirak edib, layihənin koordinator universitetinin rəhbərliyinə və bütün tərəfdaşlara uğurlar arzulayıb.
İki gün davam edən toplantıda cari layihənin məqsəd və vəzifələri, üç il davam edəcək layihə çərçivəsində görüləcək işlər, tərəfdaşların layihədəki yeri və rolu, layihənin sonunda əldə olunacaq nəticələr və təşkilati-idarəetmə mövzusunda çıxışlar olmuşdur. Layihə yeni olduğundan bütün iştirakçılar öz universitetləri adından təqdimatla çıxışlar etmiş və gələcək əməkdaşlıq üçün təkliflər irəli sürüblər.
Sözügedən tədbirdə Azərbaycan Texnologiya Universitetini Tədris işləri üzrə prorektor dos. Vüqar İsmayılov və Elm və xarici əlaqələr mərkəzinin direktoru Orxan Vətənxah təmsil edib.

 

3 dəfə oxunub