UTECA-da elmi-praktik respublika konfransı keçiriləcək

23 Sen

Azərbaycan Texnologiya Universitetində UTECA elmi-praktik respublika konfransı keçiriləcək

5 noyabr 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) Zəfər Gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri“ mövzusunda elmi-praktik respublika konfransı keçiriləcək.

Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

✓Qida mühəndisliyi
✓Turizm xidməti
✓Logistika mühəndisliyi
✓Yüngül sənaye mühəndisliyi
✓İnformasiya texnologiyaları və kompyuter mühəndisliyi
✓Metal və materiallar mühəndisliyi
✓İqtisadiyyat və biznesin idarəedilməsi
✓Davamlı inkişaf və təhsil texnologiyaları

Konfrans materiallarına olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi formata uyğun olaraq aşağıdakı kimidir:

-Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmalıdır;
-Konfrans materialları Azərbaycan, rus və ya ingilis dillərində yazılmalıdır;
-Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman (Az.latın) şriftlə (hərflərin ölçüsü-12, interval-1,5) yığılmalı, A4 formatlı standartla (210x297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq hazırlanmalıdır;
-Mətnin əvvəlində sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında müssisəsinin adı, e-poçt ünvanı və növbəti sətirin mərkəzində isə konfrans materialının adı yazılmalıdır.

Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilməlidir:

•Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;
•İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;
•Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;
•Ədəbiyyat siyahısında son 5-10 ilin eImi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır;
•İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində göstərilir.

Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus, rus dilində yazılmış məruzələrə Azərbaycan və ingilis, ingilis dillərində yazılmış məruzələrə isə Azərbaycan və rus dillərində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir.

Konfrans materialları 30 oktyabr 2021-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Konfrans materialının çapı Azərbaycan Texnologiya Universitetinin əməkdaşları və gənc tədqiqatçılar üçün ödənişsizdir.

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46
E-mail: [email protected]

91 dəfə oxunub