Qida və yüngül sənayenin aktual problemləri

00 Apr

UTECA-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Qida və yüngül sənayenin aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirib. 

Beynəlxalq konfransda Cənubi KoreyaGürcüstan, İranPakistandan olan elm adamları, Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand, Pakistan Milli Bankının (NBP) Bakı filialının rəhbəri Xan Zar ValiGəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), ABAD, İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), bir sıra universitet və kolleclərin, eləcə də ölkənin bir çox aparıcı istehsal müəssisələrinin rəhbər və nümayəndələri iştirak ediblər.

Plenar iclasda çıxış edənlər kadr hazırlığı, yeni texnologiyalar, istehsal dövriyyəsinin avtomatlaşdırılması, mövcud texniki alətlərin, qablaşdırmanın təkmilləşdirilməsi, qəza şəraitinin minimuma endirilməsi və s. kimi məsələlərə toxunaraq qida və yüngül sənayenin ən vacib məsələləri, aktual problemlərini gündəmə gətiriblər, həlli yolları müzakirə edilib, təcrübə mübadiləsi aparılıb, mövzuya aid məruzə və tezislər dinlənilib.

Konfransda CRENG layihəsinin Azərbaycan Texnologiya Universiteti üzrə koordinatoru orxanVətənxah iştirakçılara layihə haqqında geniş məlumat vermiş, bu cür layihələrin icrasının universitetimizin beynəlmiləlləşmə prosesində əhəmiyyətindən danışıb.

3 dəfə oxunub