Fəlsəfə doktoru proqramı üzrə doktorantura, dissertantura və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul elan edilir

05 Apr

 

Azərbaycan Texnologiya Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planlarına əsasən 2022-ci il üçün aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktorantura, dissertanturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul elan edir:

3304.01 - Kompüter qurğuları və texnologiyası – doktorantura əyani - 1 yer, dissertantura* - 1 yer;
3308.01 - Ətraf mühitin texnologiyası və mühəndisliyi - doktorantura qiyabi - 1 yer, dissertantura* - 1 yer;
3309.01 - Qida məhsullarının texnologiyası - doktorantura əyani - 1 yer, doktorantura qiyabi – 1 yer, dissertantura* - 1 yer, elmlər doktoru proqramı üzrə dissertantura* – 1 yer;
3313.02 - Maşınlar, avadanlıqlar və proseslər -  elmlər doktoru proqramı üzrə dissertantura* – 1 yer;
3315.01 - Metallurgiya texnologiyası - dissertantura* - 1 yer;
3325.01 - Telekommunikasiya texnologiyası - doktorantura əyani - 1 yer, dissertantura* - 1 yer;
3327.01 - Nəqliyyat sistemləri qurğuları - doktorantura əyani - 1 yer;
3338.01 - Sistemli analiz,idarəetmə və informasiyanın işlənməsi - dissertantura* - 1 yer;
3337.01 - İnformasiya-ölçmə və idarəetmə sistemləri - doktorantura əyani - 1 yer, dissertantura* - 2 yer;
3339.01 - İnformasiyanın mühafizəsi üsulları və sistemləri,informasiya təhlükəsizliyi - dissertantura* - 1 yer;
5308.01 - Ümumi iqtisadiyyat - doktorantura qiyabi – 1 yer, dissertantura* - 2 yer;
5311.01 - Müəssisələrin təşkili və idarəolunması - dissertantura* - 2 yer;
5312.01 - Sahə iqtisadiyyatı - dissertantura* - 2 yer, elmlər doktoru proqramı üzrə dissertantura* – 1 yer
 

*Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq.

Doktoranturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, oradan "Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı" xidmətini seçərək qeydiyyatdan keçməlidirlər.

Sənəd qəbulu 5 may 2022-ci il tarixə qədər davam edəcəkdir.

Xarici dil imtahanını (iyun 2022-ci il) müvəffəqiyyətlə vermiş şəxslərin Fəlsəfə fənni üzrə imtahanda iştirakı 1,2,5 sentyabr 2022-ci il, ixtisas imtahanının keçirilməsi 12-13 sentyabr 2022-ci il tarixlərində nəzərdə tutulmuşdur.

Əlaqə  Tel.: 022-267-03-91 (Magistratura və Doktorantura şöbəsi).

 

 

1564 dəfə oxunub