Universitetimizin əməkdaşları beynəlxalq layihənin açılış tədbirində iştirak ediblər

08 Yan


Avropaİttifaqının maliyyələşdirdiyi və Polşanın Varşava Texnologiya Universitetininkoordinatoru olduğu "Nəqliyyat xidmətləri üçün böhran və risklər mühəndisliyi(CRENG)" Erasmus+ KA2 layihəsinin ilk toplantısı 27-28 fevral 2019-cu iltarixlərində təşkil edilmişdir. Tədbir Polşanın Varşava TexnologiyaUniversitetinin Nəqliyyat fakültəsinin evsahibliyi ilə keçirilmiş və layihəninbütün tərəfdaşları aktiv iştirak etmişdir. Sözügedən tədbirdə Azərbaycandan beştərəfdaş qurum iştirak edirdi. Bunlara Azərbaycan Respublikasının TəhsilNazirliyinin, üç ali təhsil müəssisəsinin (Azərbaycan Texnologiya Universiteti,Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universiteti) və Bakı NəqliyyatAgentliyinin əməkdaşları daxildir. Onu da bildirək ki, AzərbaycanRespublikasının Polşa Respublikasında Fövqaladə və Səlahiyyətli səfiri, cənab HəsənHəsənov da tədbirdə iştirak etmiş, layihənin koordinator universitetinin rəhbərliyinəvə bütün tərəfdaşlara uğurlar arzulamışdır.
İkigün davam edən toplantıda cari layihənin məqsəd və vəzifələri, üç il davam edəcəklayihə çərçivəsində görüləcək işlər, tərəfdaşların layihədəki yeri və rolu,layihənin sonunda əldə olunacaq nəticələr və təşkilati-idarəetmə mövzusundaçıxışlar olmuşdur. Layihə yeni olduğundan bütün iştirakçılar öz universitetləriadından təqdimatla çıxışlar etmiş və gələcək əməkdaşlıq üçün təkliflər irəlisürülmüşdürlər.
Sözügedəntədbirdə Azərbaycan Texnologiya Universitetini Tədris işləri üzrə prorektordos. Vüqar İsmayılov və Elm və xarici əlaqələr mərkəzinin direktoru Orxan Vətənxahtəmsil etmişdir.

 

117 dəfə oxunub