Elm və xarici işlər üzrə müşavir

Haqqında

  • Vəzifə:

    Elm və xarici əlaqələr üzrə müşavir

  • Əlaqə:

    Phone:
    Email:

Gülalıyev Mayıs Gülalı oğlu

İş təcrübəsi:

Elm, təhsil və təlim sahəsində:
İqtisad elmləri doktoru Gülalıyev Mayıs Gülalı oğlu 2022-ci ilin yanvarından UTECA-da Elm və xarici əlaqələr üzrə müşavir vəzifəsinə təyin edilib. O, 1986/1987-ci illərdə Azərbaycan Su Layihə İnstitutunda mühəndis-proqramçı, 2009/2015-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi, 2015/2022-ci illərdə isə AMEA İqtisadiyyat İnstitutunun İqtisadiyyatın dövlət tənzimləməsinin metodoloji və ekonometrik problemləri şöbəsinin müdiri vəzifələrində çalışıb.

Vaxtilə Şamaxı rayonunun Çaylı kənd orta məktəbində müəllim (1984-1985) və 119 saylı Texniki-Peşə məktəbində komsomol katibi vəzifələrində çalışan Gülalıyev Moskva Aviasiya İnstitutunun “Vosxod” filialında (Qazaxıstan Leninsk şəhəri, 1989-1992), Bakı Biznes Universitetində (2001-2009) pedaqoji fəaliyyətlə məşğul olub.

1992/1994-cü illərdə Azərbaycan Universitetində dosent, 2017/20118-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində dosent, 2020/2022-ci illərdə Mingəçevir Dövlət Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində dosent vəzifələrində çalışaraq ümumi fizika, fəlsəfə, məntiq, makroiqtisadiyyat, mikroiqtisadiyyat, ekonometrika kimi fənləri rus və ingilis dillərində tədris edib.

İdarəetmə sahəsində:
1994/2000-ci illərdə “MM” Elm-istehsalat müəssisəsində elmi məsləhətçi,  2001/2009-cu illərdə Vətəndaş Təşəbbüsləri Mərkəzində prezident və baş redaktor, 2015/2020-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun “Elmi Əsərlər” jurnalının baş redaktorun müavini vəzifəsində çalışıb, 2021-ci ildən bugünədək isə Mingəçevir Dövlət Universitetinin “Dayanıqlı inkişaf” elmi jurnalının məsul
katibidir.

İqtisadçı ekspert və maliyyə sahəsində:
2017/2019-cu illərdə “İqtisadiyyata dövlət müdaxiləsinin qiymətləndirilməsi və iqtisadi inkişaf modellərinin təsnifləşdirilməsi” layihəsinin koordinatoru olub.

Təhsil:
17 Oktyabr 1960-cı ildə Şamaxı rayonunun, Məlikçobanlı kəndində anadan olan Gülalıyev 1984-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1991-ci ildə fəlsəfə elmləri namizədi, 2017-ci ildə dünya iqtisadiyyatı üzrə dosent, 2021-ci ilin noyabrında iqtisad elmləri doktoru elmi dərəcəsi alıb.

Elmi fəaliyyət:
Son 5 ildə SCOPUS və Web of Science bazalarına daxil olan jurnallarda 15-dən çox elmi məqaləsi dərc edilib. Ümumilikdə 100-dən çox elmi əsərin və 200-dən çox elmi-publisistik məqalənin, 8 kitabın müəllifi və həmmüəllifidir.