Hərbi səfərbərlik şöbəsi

Haqqında

  • Vəzifə:

    Hərbi səfərbərlik şöbəsinin müdiri

  • Əlaqə:

    Phone: (022) 257 08 82
    Email: [email protected]

Hüseynova Mərziyyə Abbas

1953-cü ildə Gəncə şəhərində anadan olub.

1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2000-ci ildə Moskva Dövlət Açıq Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olub.
 

1979-cu ildən Azərbaycan Texnologiya Universitetində işləyir. 1995-ci ilin sentyabrından Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Hərbi  səfərbərlik  şöbəsinin funksiyalarına aşağıdakılar daxildir

Çağırışçı  tələbələrin  uçotu, əyani  şöbədə təhsil alanların bronlaşdırılması, Respublika  Hərbi  Komissarlığı  ilə  çağırışçılar haqqında  müntəzəm  yazışmalar

İşləyən hərbi  mükəlləfiyyətlilər  və  çağırışçı-tələbələr haqqında müvafiq  hesabatların  hazırlanması

Əyani  şöbədə təhsil alan çağırışçı-tələbələr  haqqında  qeydiyyat üzrə Azərbaycan  Respublikasının  Çağırış  üzrə  Dövlət Xidmətlərinə  Forma-10  arayışlarının göndərilməsi

Tələbələrə  Çağırış  üzrə  Dövlət  Xidmətinin  şəhər-rayon idarə və şöbələrinə, eləcə də digər qurumlara təqdim  etmək  üçün  arayışların  verilməsi

Professor-müəllim  heyətinin  və texniki  əməkdaşların  uçotu

Təxsislənmiş  hərbi  mükəlləfiyyətlilərin  qeydiyyatının  aparılması və hər il Çağırış  üzrə  Dövlət  Xidmətinin  şəhər-rayon idarə və şöbələrinə qeydiyyat üzrə tutuşdurmaq üçün hərbi  uçot  vərəqələrinin göndərilməsi

İşə  qəbul  olunan  vətəndaşların (kişilər) hərbi  səfərbərlik  şöbəsində  qeydiyyat yoxlaması, T-2  vərəqələrinin  doldurululması və yaşayış yeri üzrə hərbi  səfərbərlik  idarələrinə  göndərilməsi.